Cənazələr Bakıya gətirildi – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana gətirilib.

Mecra.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, mərhum Səfərovların nəşini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Bir qədər sonra cənazələr ailə üzvlərinə təhvil veriləcək. Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb. Qətlə yetirilənlər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt