Sosial yardım məbləği nə qədər artacaq? – Deputat AÇIQLADI

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

“Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul etdi. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq”.

Mecra.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq:

“Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki, o meyar nə qədər çox artırsa dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir”.

Səbinə QÜRBƏTLİ

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt