“Eqon bu murdarlıqdan sənə tale düzəldəcək…”

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Daha bir dostumuz cavan yaşında passiv intiharın qurbanı olub. Bu, artıq qarşılaşdığım neçənci belə hadisədir. Cavan yaşda xəstəliksiz ölüm xarakterlə bağlıdır. Bəzi insanlar başlarına gələn uğursuzluqlardan əhvalatları olsun deyə özlərinə tale düzəltməyi sevirlər və bunu həyat zənn edirlər.

Həyat və tale eyni şey deyil. Tale insanın özünü qurban rolunda gördüyü həyat seçimidir. Qurban roluna girdinsə, özünü öldürəcəksən. Çünki qurban özünü fəda etməlidir. İnsanlıq eyni uğurları və uğursuzluqları yaşayır. Fərqli uğur və uğursuzluq deyə bir şey yoxdur. Yəni sən heç nəyinlə tək deyilsən bu həyatda, bütün dünya sənlə doludur. Özünü milyonlarla oxşarından ayırmaq eqoistlikdir. İntiharın 800-ə yaxın səbəbinin arasında ən birincisi eqoist intihardır.

Bunu mən yox, intiharşünas Drukhaym deyir. Milyonlarla insanın yaşadığı uğursuzluğa düçar olduqda onu şəxsiləşdirmək də eqoizmdir. Həyatın sənin qarşına çıxardığı bütün pislikləri, murdarlıqları özünə yaraşdırmalısan. Yaraşdırmırsansa eqoistsən. Eqon bu murdarlıqdan sənə tale düzəldəcək və tale də səni qurban roluna soxacaq. Və əlvida həyat! Kiməsə faydası toxunar deyə yazdım”.

Aqşin Yenisey,

yazıçı

Qeyd edək ki, bu gün rəssam, yazar Fərhad Yalquzağın iş yerində meyiti tapılıb. 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt