Cəlilabad sakini Bakıda itkin düşdü – FOTO – VİDEO

Cəlilabad rayon sakini Bakının Yasamal rayonundakı evindən çıxıb və bir daha geri qayıtmayıb.

Mecra.az xəbər verir ki, rayonun Muğan kənd sakini Binyətov İslam Məstalı oğlu iyunun 10-da günorta saatlarında evdən çıxıb və bir daha onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bu haqda redaksiyamıza onun qardaşı Ramin Binyətov məlumat verib. O, bildirib ki, qardaşı ruhi xətədir, buna görə o daim müalicə olunub. Bu xəstəlik isə onda sonradan yaranıb. Müalicələrdən sonra isə İslamın səhhəti yaxşılaşıb. Evə qapanan, heç yerə getməyən İslam qəfildən günorta saatlarında yaşadığı evdən çıxıb və yaxınları onu nə qədər axtarsalar da tapmaq mümkün olmayıb. Hadisəylə bağlı İslam Binyətovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. İyunun 10-da İslam Bibiheybət məscidinin yanında olarkən ərazidə quraşdırılan kameralara düşüb. Lakin bu günə kimi onunla əlaqə saxlamaq mümkün olmayıb.

1972-ci il təvəllüdlü İslam Binyətov ailəlidir, iki qızı və bir oğlu var. Bir qızı və oğlu ailə qurub. Qardaşı Ramin Binyətov bir daha müraciət edərək qardaşını görən şəxslərdən göstərilən telefon nömrəsinə məlumat vermələrini xahiş edib.

Onu da qeyd edək ki, ailə İslamın itkin düşməsi ilə bağlı məşhur aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə də məlumat verib.

Ramin Binyətovun əlaqə nömrəsi: 050-633-09-72

👁 2 baxış