Çatan kimi anasına zəngi gündəm oldu… – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Məlum olduğu kimi, iyunun 9-da Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi baş tutub. Mübadilə çərçivəsində 25 yaşa qədər ağır yaralı və səhhəti ilə bağlı ciddi problemləri olan bir qrup əsir Ukraynaya qaytarılıb. 

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitriy Lubinets teleqram kanalında uzun müddətdir əsirlikdə olan ukraynalı hərbçilərin ölkələrinə qayıtması anının görüntülərini paylaşıb.

Həmin görüntülərdən birində isə gənc əsgərin Ukraynaya qayıtdıqdan dərhal sonra ilk telefon zəngini anasına etdiyini və sevincini onunla bölüşdüyünü görmək mümkündür.

Telefon danışığı zamanı “Salam ana! Mən qayıtdım, evdəyəm, ana. Doğma torpaqdayam. Tezliklə gələcəyəm, səni sevirəm” deyən gəncin görüntüləri maraqla qarşılanıb və sosial şəbəkələrdə gündəm olub.

Həmin görüntüləri təqdim edirik:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt