“Qardaşımın qanını yerdə qoymayacam…” – Toyda döyülən Cəlilabad sakini öldü – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Cəlilabad rayon Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülmə nəticəsində aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Mecra.az xəbər verir ki, hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib. Məlumata görə, mərhum həmkəndliləri olan 2 qardaşla mübahisə zamanı döyülüb.

Onların həmin an içkili olduğu bildirilir. Qeyd edək ki, mayın 28-də mübahisə zamanı döyülən şəxs əraziyə yaxın olan Masallı Rayon Xəstəxanasına aparılıb. Xəsarət alan şəxs sonradan müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşib və iyunun 5-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, elə xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı şübhəli şəxs qismində rayonun Həziabad kənd sakini 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt