Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Mecra.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Samir Nuriyev – Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri:
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru
İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri
Gülşən Rzayeva – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini
Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Təşkilat Komitəsinə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirmək, əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görmək tapşırılıb.
Nazirlər Kabineti Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.
👁 baxış
