Təyyarənin qəzaya uğradığı yerdə xatirə meydançası… – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə xatirə meydançası yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Qazaxıstanın “NewTimes.kz” saytı məlumat yayıb.

Bildirilib ki, həmin əraziyə skamyalar qoyulub, hasara alanan hissədə güllər əkilib.

Tüpkaraqan rayonunun yerli idarəetmə orqanı xatirə meydançasının yerli sakinlərin təşəbbüsü ilə yaradıldığını təsdiqləyib.

Qeyd olunub ki, xatirə meydançasının qurulması insanların buraya gəlməsi, skamyalarda oturması və qurbanların xatirəsini ehtiramla yad etməsi məqsədi daşıyır.

Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.

Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt