Xırdalanda DƏHŞƏTLİ QƏTL: küçədə oğlanın boğazını kəsdilər

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Abşeron rayonunun Xırdalan şəhərində 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisənin mayın 16-da saat 22 radələrində baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb.

Onun boğazının kəsildiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt