Qətl törədilmiş şəhid ailəsində daha bir ağır itki

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Şəhid kapitan Saleh Qurbanovun atası, Xızı rayonu Giləzi qəsəbə sakini Möhübbət Qurbanov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin atası 64 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Saleh Qurbanov 14 aprel 1990-cı ildə anadan olub. Vətən müharibəsindəki şücaətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. Prezidentin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

S. Qurbanovun şəhid olmasından sonra onun həyat yoldaşı Ləman Qurbanova ailədaxili münaqişə zəminində qaynı Taleh Qurbanov tərəfindən qətlə yetirilib. Məhkəmənin hökmü ilə şəhidin qardaşına bu ilin mart ayında 17 il həbs cəzası verilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt