Qubada DƏHŞƏTLİ QƏZA: Maşından çıxıb yerə düşdülər – VİDEO

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Dünən Quba rayonunun Barlı kəndində ağır yol qəzası baş verib.

Mecra.az “Shimal.News”a istinadən xəbər verir ki, saat 16:00 radələrində Quba-Xaçmaz yolunda “VAZ 21015” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən “Tofaş” markalı maşına çırpılıb. İdarəetmədən çıxan “VAZ” körpü istiqamətində hərəkət edərək su kanalına düşüb.

Zərbənin təsirindən sürücü və sərnişin avtomobilin şüşələrindən çölə düşüblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qəzanın görüntülərini təqdim edirik:

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mayın 1-i 16:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2006-cı il və 2003-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Onlara bədənin müxtəlif nahiyyələrinin travmaları diaqnozu qoyulub.

Hazırda xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt