Söküntü bu əraziyə də çatdı – “Qoyub kəndə gedim?” – VİDEO

XƏBƏR XƏTTİ
Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Pirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Pirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•

Bakının mərkəzindən bir neçə km məsafədə yerləşən 20-ci sahə adlanan ərazidə, Çernyaxovski küçəsində söküntü işləri aparılır.

Mecra.az xəbər verir ki, “İctimai TV” sözügedən ərazidən süjet hazırlayıb.

Sakinlərin əksəriyyəti söküntü işlərinin aparılmasından narazı olmadığını bildirib. Buna səbəb isə bu ərazidə olan saysız-hesabsız problemlərdir: “Burada insanlar pis gündə yaşayır. Elektrik xətləri problemlidir, insanları, hətta “tok” vurur. Su isə cəmi 2 saat verilir”.

Onların sözlərinə görə, burada hər hansı hadisə baş versə, Təcili Tibbi Yardım və FHN maşınları daxil ola bilməz: “Problemlərimiz çoxdur, verilən kompensasiyadan belə narazı deyiləm. Əsas odur ki, buradan köçüb gedim”.

Bəzi vətəndaşlar artıq kompensasiyanın ödənildiyini söyləsələr də, digərləri məbləğlə razılaşmadıqlarını deyib: “Evim 65 kvadrat metr olduğu halda şirkət 54 kvadrat metr plan götürüb. Bu ödəniş də məhz ölçüyə uyğun çıxarılmalıdır. Mən şəhərə yaxınam, niyə kəndə getməliyəm?! Bu kompensasiya ilə razılaşa bilmərəm”.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, mövcud evlərin sökülməsi və abadlaşdırılması planlaşdırılır: “Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib. Sakinlərin köçürülməsi təmin edilib. Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanılması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Daha ətraflı videomaterialda:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt