Cəlilabadda bu çörək sexi qanunsuz işləyirmiş – Bağlandı

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Cəlilabadda çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Mecra.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən müəssisə fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsusdur.

Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt