Masallıda məktəbli qızlar digər şagirdi döyüb xəstəxanalıq etdi

XƏBƏR XƏTTİ
Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından görüntülər•Qulu Ağsəsin şeiri ABŞ-də dərc edildi•Sabahın havası açıqlandı•Laçında traktor minaya düşdü•Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlandı•Gözləriniz yaşınızı ələ verir•27 sentyabr əbədi qürurumuzdur•Vəzifəli şəxsə ağır itki üz verdi•Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından görüntülər•Qulu Ağsəsin şeiri ABŞ-də dərc edildi•Sabahın havası açıqlandı•Laçında traktor minaya düşdü•Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlandı•Gözləriniz yaşınızı ələ verir•27 sentyabr əbədi qürurumuzdur•Vəzifəli şəxsə ağır itki üz verdi•

Masallıda şagirdlər arasında insident yaşanıb.

Mecra.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfə kənd məktəbində baş verib.

Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Xəstəxanadan bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt