Astarada hoteli əxlaqsızlıq yuvasına çevirən qadına hökm oxundu

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Astara şəhərində yerləşən “Panorama” hotel-restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iaşə obyektinin icarədarı 1965-ci il təvəllüdlü Elnarə Babayeva (soyad şərtidir) barəsində cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, E.Babayeva dəniz kənarında yerləşən hoteli 600 manat aylıq ödənişlə icarəyə götürərək işlədib. Bu müddət ərzində o, müxtəlif şəxslərin hoteldə pul qarşılığında görüşməsinə şərait yaradıb və bundan maddi gəlir əldə edib.

Astara sakinlərindən birinin polisə müraciətindən sonra hoteldə əməliyyat keçirilib və əxlaqsızlıq yuvasının təşkil edilməsinin üstü açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən qadın onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həkim rəyində də onda bağırsaq xərçəngi xəstəliyinin olması qeyd edilib.

Astara Rayon Məhkəməsinin 22 aprel tarixli hökmü ilə Elnarəyə 2 il islah işləri cəzası verilib.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt