İstedadlar sorağında: Otuz minə yaxın uşaq öz bacarığını nümayiş etdirəcək – FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı-2025” çərçivəsində birinci seçim turuna cari ilin 21 aprel tarixində start verilib.

Mecra.az xəbər verir ki,  UİF-2025 çərçivəsinin birinci turu Cəlilabad rayonu üzrə məntəqəsi Heydər Əliyev Mərkəzində təşkil edilib.

Onu da vurğulayaq ki, respublikanın ən böyük festivallarından biri olan UİF-2025 çərçivəsinə ölkəmizdə 6-17 yaş arası uşaqları əhatə edən otuz minə yaxın uşaqlar müvafiq portalda rəsmi qeydiyyatdan keçib. Onlardan 495 nəfəri Cəlilabad rayonu üzrə qeydiyyatdan keçən istedadlı uşaqlardır. Onlar nominasiyalardan asılı olaraq adekvat münsiflər qarşısında öz istedadlarını nümayiş etdirirlər. 24 aprel 2025-ci il tarixinə olan statistik məlumata istinadən UİF-2025 çərçivəsinin Cəlilabad rayon üzrə keçirilən müsabiqədə iştirak edən 84 nəfər istedadlı uşaqlardan 36 nəfəri artıq II tur mərhələsində iştirak etmək hüququ qazanıblar.

 

Azərbaycan xalq çalğı simli alətləri, rəssamlıq sənəti, piano ifaçılığı, xanəndəlik sənəti, qarmon ifaçılığı, rəqəmsal incəsənət, səhnə ifaçılığı (aktyorluq, bədii qiraət, hekayəçilik) həmçinin milli rəqs və sair nominasiyaları əhatə edən UİF-2025 çərçivəsi istedadlı uşaqların üzə çıxarılması, motivasiya edilməsi və peşəkar inkişafına dəstək olunmasını təmin etmək məqsədilə təşkil edilən böyük platformada bütün istedadlı iştirakçı uşaqlara uğurlar arzu edirik.

 

Ulu öndərimiz Heydər Əliyev mədəniyyət ilə bağlı bir ifadəsində dediyi kimi: “Hər bir xalqı dünyaya tanıtdıra bilən onun özünəməxsus xüsusiyyətləri vardır, onlardan ən birincisi xalqın mədəniyyətidir”.

Mədəniyyəti olmayan xalq uzunəsirli xalq ola bilməz. Mədəniyyət fərdin yaratdığı və nəsildən nəsilə ötürdüyü milli mədəni dəyərlərimizdir.

Uğur

 

👁 baxış