Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin doğum günüdür – FOTO – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Bu gün Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin doğum günüdür.

Mecra.az xəbər verir ki, Qasımzadə Ümüd İlqar oğlu- 13 aprel 2001-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində anadan olmuşdur. 2018-ci ildə şəhid Vasif Hüseynov adına Göytəpə şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir.

Yeniyetmə yaşlarından idmanın ağır atletika idman növünə maraq göstərmişdir. Ümüd Qasımzadə Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də mərhum əməkdar məşqçi Qadir Babayevin yetirməsi olub.

Cəlilabadlı atlet müxtəlif vaxtlarda Respublika və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısı olmuşdur:

  1. Ağır atletika üzrə Azərbaycan birinciliyi – ll yer
  2. Ağır atletika üzrə gənclər arasında Azərbaycan birinciliyi – ll yer
  3. Ağır atletika üzrə gənclər arasında 10-13 may 2019-cu il Azərbaycan birinciliyi – ll yer
  4. “Təhsil” Respublika İdman Kompleksində ağır atletika üzrə gənclər arasında – l yer
  5. Ağır atletika üzrə Respublika yarışlarına 4-cü seçmə mərhələsində – l yer
  6. 20-23 yaşlı gənc oğlan və qızlar Azərbaycan birinciliyi – ll yer
  7. Ağır atletika üzrə Respublika yarışlarına 1-ci seçmə mərhələsində – ll yer
  8. Milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər açıq turnirdə – lll yer
  9. Ağır atletika üzrə Respublika yarışlarına 2-ci seçmə mərhələsində – ll yer
  10. Ağır atletika üzrə Respublika yarışlarına 4-cü seçmə mərhələsində – ll yer
  11. Ağır atletika üzrə Respublika yarışlarına 3-cü seçmə mərhələsində – ll yer

2020-ci ildə hərbi xidmətə yollanan Ümüd Qasımzada N saylı hərbi hissənin kəşfiyyat bölüyündə rabitəçi kimi xidmət etmişdir. Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılan Ümüd Qasımzadə 13 oktyabr 2020-ci il tarixində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt