5 ay əvvəl müharibədə həlak olan azərbaycanlıların meyitləri TAPILDI – FOTO

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Rusiya-Ukrayna müharibəsində iki azərbaycanlı həlak olub.

Mecra.az xəbər verir ki, bu barədə lent.az-a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.

Qeyd olunub ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Səmədov Şair Zahid oğlu hazırda müharibənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjansky rayonunda həyatını itirib. Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, 2 uşaq atasıdır. Orta məktəbi bitirəndən sonra ailəsi ilə birgə Moskva vilayətinin İstra şəhərinə köçüb. Həmyerlimizin nəşi doğulduğu kənddə torpağa tapşırılacaq.

Həmçinin Şair Səmədovla yanaşı, Həsənov Ruslan Loğman oğlu da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.

Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib.

Ruslan Həsənov

Şair Səmədovun ölüm sənədləri

Şair Səmədovun döyüş zamanı fotolar

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt