Şəhid xanımı oxuduğu universitetdə işə başladı

XƏBƏR XƏTTİ
DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetində (BDU) işlə təmin olunub.

“Qafqazinfo” xəbər verir ki,️ Nigar Ağamalıyeva BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsində işə başlayıb. O, həm də BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alır, hazırda II  kurs tələbəsidir.

Xatırladaq ki, N.Ağamalıyeva 2023-cü ildə universitetə qəbul olub. Onun oğlu Orucov Əlihəsən isə eyni ildə Memarlıq və İnşaat Universitetində oxumaq hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Nail Orucov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və  “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt