Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO

XƏBƏR XƏTTİ
Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub.

Mecra.az Musavat.com-a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.

1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində 44 günlük Vətən müharibəsində iştirak edib.

Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərdə vuruşan Əsgər Hüseynov düşmən pusqusuna düşərək üç yerindən ağır yaralanıb.

Snayper gülləsi nəticəsində qolu parçalanan, döyüş yoldaşları gözü önündə şəhid olan və ermənilər tərəfindən ölmüş zənn edilərək soyulan qazi möcüzə nəticəsində sağ qalıb.

O, müsahibələrinin birində döyüş meydanında keçirdiyi dəhşətli anları belə təsvir etmişdi:

“Dizimdən yaralandım, snayper gülləsi qolumu qopardı, qolum sümük parçasından asılı qaldı. Çoxlu qan itirirdim, susuzluqdan öz qanımı içməyə məcbur oldum…”

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt