Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi məlum olub.
Mecra.az xəbər verir ki, hadisə Bərdə rayonunun Saatlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobillə vurmaqda şübhəli bilinən şəxs Aynur Həsənovadır.
O, idarə etdiyi “Lexus” markalı avtomobillə piyadanı vuraraq onun ölümünə səbəb olmaqda şübhəli bilinir.
Əldə etdiyimiz məlumata görə, avtomobili idarə edən və hadisəni törədən Aynur Həsənova Bərdə rayon doğum evinin ginkeoloqudur.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.