Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sabiq direktor müavini Lalə Novruzova həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2022-ci ildə korrupsiya əməlləri ilə bağlı işdən çıxarılan L.Novruzovaya hökm oxunub.

Məhkəmədə o, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci (Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan təhsil mərkəzində aparılan yoxlamalar zamanı külli miqdarda pulun ələ keçirilməsi üzə çıxıb. Həmin vaxt Lalə Novruzova vəzifədən azad edilib və mərkəzdə qarmon müəllimi kimi fəaliyyətinə davam edib.

İstintaq müddətində o, polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb.

Məhkəmə Lalə Novruzovanın dövlət büdcəsinə vurduğu ziyanı ödəməməsini əsas götürərək onun həbs edilməsinə qərar verib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq vəzifəli şəxsə 3 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.

Təqsirləndirilən şəxsdən 32.215,07 manat pulun tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Mədəniyyət Nazirliyinə ödənilməsi də hökmdə öz əksini tapıb.

Qeyd edək ki, L. Novruzova 2013-2022-ci illərdə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt