İcra hakimiyyətinin qaziləri aldadan şöbə müdiri həbs edildi

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.

Mecra.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt