“Oruc tutmuşdu, eyvandan tonqala baxanda yıxılıb…” – FOTO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Xəbər verdiyimiz kimi, martın 11-i Bakıda 13 yaşlı Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Mecra.az Teleqraf.az-a istinadən məlumatına görə, mərhumun babası Ədalət Tanrıverdiyev hadisə baş verən gün nəvəsinin oruc tutduğunu bildirib.

“Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi”, – deyə, babası əlavə edib.

Onun sözlərinə görə, Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun 6 yaşlı bacısı xəbər tutub.

H. Ələkbərli Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. O, əlaçı imiş.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt