Orucluqda idman edənlərin DİQQƏTİNƏ!

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Ramazanda qidalanma digər günlərdən az olsa da, bu ərəfələrdə idmanla məşğul olanlar az deyil. Bunu edənlər bəzi qaydalara əməl etməlidirlər.

Mecra.az xəbər verir ki, oruc tutarkən tez-tez idman etmək qan şəkərinin aşağı düşməsinə, suyun və duzun itirilməsinə səbəb olur.

Orucluykən davamlı idman etmək enerjinizi azalda bilər ki, bu da iş və ya gündəlik həyatınızda məhsuldarlığınızın azalmasına səbəb ola bilər.

Bəs Ramazanda necə idman etmək lazımdır?

– İmsakdan 1-2 saat sonra yürüş etmək, yaxud iftardan sonra məşq etmək məsləhət görülür. Lakin iftardan dərhal sonra yüksək templi qaçış və ya fitness zalında məşq ürək-damar və qan dövranı sistemlərinə mənfi təsir göstərir. Buna görə də, daha yavaş və diqqətli idman etmək lazımdır.

– İftarda həddən artıq yağlı və ağır yeməklər əvəzinə vitaminlərlə zəngin yeməklər qəbul etmək lazımdır. Bu iftardan sonra idmanla məşğul olan zaman insana güc, enerji verir.

-Yüksək qan təzyiqi, şəkərli diabet və ya digər sağlamlıq problemləri olan insanların oruc tutarkən idman etmələri tövsiyə edilmir. Xəstəliyi olanların həkim məsləhəti ilə idmanla məşğul olması çox vacibdir.

– Oruc tutarkən sauna və buxar otağından qətiyyən istifadə etmək olmaz.

– İdman zamanı sərf etmək üçün kifayət qədər enerji olması üçün düzgün qidalar istehlak etmək lazımdır.

– Döyüş və komanda idmanları kimi daimi enerji və əzələ tələb edən idmanlardan çəkinmək lazımdır.

– Yalnız əzələ kütləsini qorumağa yönəlmiş məşq rejiminə uyğun olaraq, iftardan sonra həftədə iki dəfə kardio etmək kifayətdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt