Fuad Nağıyevə sərt ittihamlar – “Tahir Əmiraslanovu Şuşadan qovdu”

Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşımla gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, paylaşımında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Bunun əsas səbəblərindən biri isə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı edilən hərəkətlər olub. Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub:

“Bir neçə il əvvəl məni Bakıya dəvət etdilər və Qarabağda keçirilən ilk beynəlxalq kulinariya festivalının fəxri sədri olmağımı xahiş etdilər. Mən dünyanın müxtəlif yerlərindən məşhur aşpazları dəvət edərək, vəhşilər tərəfindən dağıdılmış Şuşaya gəldikdə, dostlarıma belə bayramların niyə məhz burada keçirilməsi lazım olduğunu izah etdim. Çünki biz bu yaralı, əzilmiş torpağa həyat verməli idik.

Festival haqqında bakılı aşpazlar da eşitdilər. Hansı ki, onlar müharibə zamanı öz arzuları ilə cəbhəyə getmiş, Azərbaycan əsgərlərini ləzzətli yeməklərlə doyurmuşdular. Hətta onlar ilk qəhrəmanlardan sonra Şuşaya daxil olub orada isti çörək bişirmişdilər. Onlar da festivalda iştirak etmək istəyirdilər. Ancaq birdən Turizm Agentliyindən deyirlər ki, “bunlar lazım deyil”.

iştirak edirdi, Fuad Nağıyev də gəldi. Qonaqlar onu “nazir” kimi qəbul edirdilər. Fuad viski butulkalarını özü ilə gətirərək, qonaqların qarşısında sərxoş olmaqdan başqa heç nəyi ağlına gətirmədi. Qonaqlar da içdilər, amma əgər özünü nazir adlandırırsansa, əgər sənə yüksək vəzifə həvalə ediblərsə, düşün ki, sən Azərbaycanın üzüsən! Yaxşı, bir az iç, amma insani görünüşünü itirmə, xahiş edirəm! Atalarımızın inancını, xalqımızın ənənələrini unutma!

Mən yenə utandım. Yaxşı ki, Azərbaycanın həqiqətən hörmətli nümayəndələri də orada idi və bu narahatlıq anını yumşaltdılar. Qonaqlar məmnun şəkildə yola düşdülər, Dominikandan olan bir oğlan hətta Azərbaycanla vidalaşarkən səmimi şəkildə ağladı.

Festivalın ən sonunda təşkilatçılardan biri mənim yanıma gəlib dedi: “Stalik müəllim, sizə böyük təşəkkürlər! Respublika rəhbərliyi bizə sizi maddi cəhətdən mükafatlandırmağımızı tapşırdı. Festivalda iştirakınız üçün hansı məbləği almaq istərdiniz?”

“Mən buraya pul üçün gəlməmişəm! Azərbaycan mənim əcdadlarımın vətənidir, mənim üçün tək doğma torpaqdır. Xahiş edirəm, bu söhbəti burada bitirək”, – söylədim.

“Xeyr, siz məni çox çətin vəziyyətə salırsınız. Bu ən yüksək səviyyədən gələn təklifdir! Biz sizə 10.000 dollar verə bilərikmi?”, – deyə o bildirdi.

Sizə and içirəm, mən həqiqətən də Şuşaya pul üçün getməmişdim. Bəli, on min dollar böyük məbləğdir. Amma şükürlər olsun ki, mənə nəsib olanla kifayətlənirəm. Digər tərəfdən, mükafatdan tamamilə imtina etmək (bu həqiqətən də mükafat idi, çünki hər şeyi etdikdən sonra verirdilər) də düzgün deyildi.

Bilirsinizmi, mən razılaşdım. Hətta Dubaya iki bilet də aldım. Fikirləşdim ki, belə gözlənilməz pul gəlibsə, gedib istirahət edək! Amma pul yarım il keçsə də, hesabıma daxil olmadı. Mənə deyirdilər ki, bu gün günortadan sonra hesabınızı yoxlayın, pul artıq orada olacaq! Amma xeyr, yox idi! Pul mənə heç vaxt çatmadı. Mən öyrəndim ki, gecikmə Turizm Agentliyində baş verir. Mənə hər şey aydın oldu ki, bu, aşpaz-qəhrəmanlar və Tahir Əmiraslanovla bağlı prinsipial mövqeyimə görə xəsis hesablaşma idi.

Nəhayət, Bakıya zəng edib bütün bu hekayəni danışdım və dedim ki, bu pulu qəbul etməyə razılaşmağım həqiqətən də səhv idi. Bəlkə də yaxşı oldu ki, bu pulu göndərmədilər! Amma mən istəməzdim ki, kimsə bu pulu sanki mənə göndərib, özü isə cibinə atsın. Bu pullar Qarabağın azadlığı uğrunda şəhid olanların ailələrinə, yaralılara, Azərbaycan torpağı uğrunda qanını tökənlərə lazımdır!

PS. Uzun müddət düşündüm ki, baş verənlərdən yazmağa dəyərmi? Şübhəsiz ki, bəziləri fikirləşəcək ki, mən Fuad Nağıyevin indiki çətin vəziyyətindən istifadə edib hesablaşmaq istəyirəm. Amma Fuad bu vəziyyətə kiminsə iradəsi ilə deyil, öz əməlləri sayəsində düşüb. Mən sizə bu əməllərin yalnız kiçik bir hissəsindən danışdım ki, oxucularım və tanışlarım üçün aydın olsun ki, ədalət var. Belə davranmaq olmaz. Öz cibin və karyeran haqqında daha az düşünmək, ləyaqətli əməklə məşğul olmaq lazımdır, nəinki intriqalar və yaltaqlıqla… Azərbaycan Milli Aşpazlar Assosiasiyasının kollektivinin dağıdılması isə Tahir Əmiraslanovun bütün ömründə gördüyü işlərin hədər getməsidir. Mən bunu Fuad Nağıyevə bağışlaya bilmərəm. Sən nə yaratmısan ki, başqalarının yaratdığını dağıdırsan?!”

 

👁 baxış