Hərbçimiz vəfat etdi – Yenilənib

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

“Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev “Qafqazinfo”ya bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Rüstəmov Faiq Akif oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Onun sözlərinə görə, hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt