Məktəblərdə geyim formalarına dair monitorinqlərə başlanılır

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır.

Mecra.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulur.

“Nəzərinizə çatdırırıq ki, təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir. Geyim forması ilə bağlı müvafiq məsələlər isə Pedaqoji Şuralar tərəfindən müzakirə edilərək həll olunur.

Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

Qeyd edək ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır”, – məlumatda vurğulanıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt