14 şagird dərsdə hazırladıqları qidadan zəhərləndi – FOTOLAR

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Beyləqan rayonunda 14 nəfər qidadan zəhərlənib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.

Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.

***

Qida Təhlükəsizliyi Agentliyidən (AQTA) bildirilib ki, zəhərlənmə hadisəsi məktəblilər arasında baş verib.

Agentlik rayonun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) bu gün saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Qeyd edək ki, bundan öncə Gəncə və Sumqayıt məktəblərində də analoji hadisələr baş verib.

***

Əldə etdiyimiz məlumata görə, hadisə rayonun Eyvazallar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində baş verib. 

Məktəbin müəllimi Texnologiya dərsi zamanı şagirdlərə hamburger hazırlamağı öyrədib. Hazırladıqları qidanı yedikdən sonra 14 şagirdinin halı pisləşib. Məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan şagirdlər bunlardır:

1. Abbaslı Mehri Vəfalı qızı – 22.10.2014

2. Abbaslı Zəhra Salman qızı – 25.04.2014

3. Əsədzadə Sənan Tapdıq oğlu – 31.12.2014

4. Kamallı Pünhan Nəsimi oğlu – 04.06.2014

5. Qasımlı Sevgi Ənvər qızı – 13.04.2014

6. Quliyev Ömər Elçin oğlu – 06.06.2014

7. Quliyev Rasim Fuad oğlu – 23.03.2014

8. Quluzadə Əsnat Səhər qızı – 06.07.2014

9. Məmmədli Ayan Əmir qızı – 29.07.2014

10. Mirzəzadə Əli Emin oğlu – 07.02.2014

11. Nasirova Eva Axmedovna – 21.02.2013

12. Nasirova Milana Axmedovna – 21.02.2013

13. Salmanlı Behbud Samir oğlu – 01.05.2014

14. Sarıyev Ömər Adət oğlu – 18.05.2014

Faktla bağlı araşdırma başlanıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt