Məktəbliləri məktəbli formasında dərsə gəlməyə və geyim qaydalarına riayət etməyə təşviq edən videoçarx hazırlanıb.
Mecra.az xəbər verir ki, videoçarxın əsas məqsədi şagirdlər arasında məktəbli formasının əhəmiyyətini təbliğ etmək və təhsil müəssisələrində müəyyən edilmiş geyim normalarına əməl olunmasına diqqət çəkməkdir.
Qeyd edək ki, baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, şagird formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməyəcək.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər.
Valideynlər övladlarının geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər. (Avtosfer.az).