Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO

XƏBƏR XƏTTİ
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib – FOTO•Prezidentin Türkmənistan səfərindən görüntülər•10 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Naxçıvanda suyun verilişində fasilə yaranacaq – Xəbərdarlıq•Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX•

Rusiya Prezidenti Vladimir Putini və digər yüksəkrütbəli rəsmiləri daşıyan “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarələri Ukrayna PUA-larının hücumu səbəbindən Moskvada eniş edə bilməyib.

Mecra.az xəbər verir ki, təyyarələrdən biri təcili olaraq Sankt-Peterburq istiqamətinə yönləndirilib.

“Flightradar24” xidmətinin məlumatına görə, Rusiya rəhbərliyini daşıyan bir neçə bort Moskva ətrafında dairələr vurub və eniş etmək üçün marşrutunu dəyişib. Üç təyyarə oktyabrın 9-da Putinin səfərinin başa çatdığı Türkmənistandan qayıdırmış.

Məlumata görə, söhbət nüvə müharibəsi şəraitində belə dövləti və ordunu idarə etməyə imkan verən xüsusi rabitə ilə təchiz olunmuş, “Qiyamət günü təyyarələri” adlandırılan İl-96-300PU-lardan gedir. Putinin konkret hansı göyərtədə olduğu isə dəqiq açıqlanmır.

Onu da bildirək ki, əlavə manevrlərdən sonra iki bort (RA-96020 və RA-96022) “Vnukovo” aeroportuna enə bilsə də, üçüncü “Qiyamət günü təyyarəsi” (RA-96025) Moskvada eniş edə bilməyərək Sankt-Peterburqun “Pulkovo” hava limanına göndərilib.

Həmçinin, Türkmənistandan gələn və içində Rusiya xarici işlər naziri Sergey Lavrovun da olduğu ehtimal edilən adi sərnişin təyyarəsi İl-96-300 (RA-96018) Moskvada eniş etmək üçün hələ də səmada manevrlərini davam etdirir. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt