“Azərpoçt” “Postcargo” xidmətini istifadəyə VERDİ

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

“Azərpoçt” MMC-nin təqdim etdiyi “Postcargo” xidməti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq çərçivəsində “digital.login” ilə giriş funksionallığını istifadəyə verib.

Mecra.az xəbər verir ki, bu yenilik istifadəçilərə “Postcargo” hesablarına giriş prosesini sadələşdirərək həm vaxta qənaəti, həm də rahatlığı təmin edəcək.

Funksionallıqdan faydalanmaq üçün istifadəçilər //postcargo.az/ saytına daxil olub “digital.login” vasitəsilə sürətli şəkildə şəxsi hesablarına keçid edə bilərlər. Müştərinin hesabı yoxdursa, sistem avtomatik olaraq yeni hesab yaradacaq. Mövcud hesabı olan istifadəçilər isə birbaşa sistemə daxil olaraq sifarişlərini asanlıqla idarə edə biləcəklər.

Qeyd edək ki, “Postcargo” Azərbaycanın bütün bölgələrini əhatə edən yüzlərlə poçt şöbəsi ilə müştərilərinə xidmət göstərir. ABŞ, Türkiyə və Almaniyadan alış-veriş edən hər kəs üçün bu xidmət bağlamalarının sürətli və etibarlı şəkildə çatdırılmasını təmin edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt