“Saşa 5 yaşından pilot olmağı arzulayırdı” – Aleksandrın anası – VİDEO

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

“Aleksandrın atasına oxşamaq istəyirdi”

Mecra.az xəbər verir ki, bu sözləri Azərbaycanən Milli Qəhrəmanı Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bizim media.az-a müsahibəsində deyib.

Milli Qəhrəmanın anası bildirib ki, Aleksandrın atası da pilot olub və o elə atasına oxşamaq istəyirdi:

“Saşa 5 yaşından pilot olmağı arzulayırdı. Mərhum yoldaşım da təyyarəçi idi. Baş pilot işləyirdi. İşinin böyük peşəkarı idi. Dağlara, ən mürəkkəb yerlərə uçmağı bacaran, tələbələr yetişdirən bir adam idi. Saşa üçün atası ən gözəl nümunə sayılırdı, atası kimi bacarıqlı olmağa çalışırdı, çox oxuyurdu. Bilirdi ki, bu çox məsuliyyətli bir işdir. Ciddi yükü, məsuliyyəti var. Bilirdi ki, təyyarədəki insanlar üçün ciddi məsuliyyət daşıyır. O bunu çox yaxşı anlayırdı, elə son uçuşu da buna sübut oldu”.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt