Qəbələdə ağır qəza – 1 ölü, 4 yaralı

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

Ötən gün saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ 2106” və “VAZ 2101” markalı avtomobillər toqquşub.

Nəticədə birinci avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin – 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.

Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və 2002-ci il təvəllüdlü sərnişini Elnur Cəbrayılov yaralanıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt