Partlayışda hər 2 uşağını itirən qadın atası evinə qonaq gəlibmiş…

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

“Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alan Ülviyyə Məmmədli Bərdədən atası evinə bir neçə günlük qonaq gəlibmiş”.

Mecra.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Ağcabədi rayonu Hindarx qəsəbəsinin icra nümayəndəsi Elgün İsmayılov deyib.

O bildirib ki, Ülviyyə Şamiq qız Məmmədlinin hər iki övladı hadisə nəticəsində həyatını itirib: “Uşaqlardan biri 2018-ci il, digəri isə 2015-ci il təvəllüdlüdür. Hadisə zamanı Ü.Məmmədlinin həyat yoldaşı Bərdə şəhərində olub. Hazırda Ülviyyə Məmmədli və onun qardaşı uşağı xəstəxanadadır. Xəstəxanada olan uşağın sözlərinə görə, əl qumbarası zibillikdən tapılıb”.

Qeyd edək ki, bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt