Qumbara Bəhruzun əlində partlayıb – Yeni faktlar

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışın bəzi detalları üzə çıxıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla F1 markalı qəlpəli əl qumbarasının 42 yaşlı Bəhruz Quliyevin əlində partladığı məlum olub.

Belə ki, B.Quliyevin yaşadığı evdə qonaq olan bacısı oğlu Murad Məmmədli Qazantəpə adlanan ərazidən tapdığı partlayıcını evə gətirib və dayısına verib. Bəhruz təcrübəsizlik edərək qumbaranın üzərindəki alışdırıcını çıxarıb və bir neçə saniyə sonra evdə partlayış baş verib.

Nəticədə B. Quliyevlə yanaşı, atası – ev sahibi Şamil Quliyev, qızı Fatimə Quliyeva, eləcə də bacısı oğlanları Məmmədli Məhəmməd və Məmmədli Murad həlak olublar.

Qeyd edək ki, hadisə bu gün saat 11:30 radələrində baş verib. Partlayış nəticəsində xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt