19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə – Hökm oxundu

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Mingəçevirdə ağır yol-nəqliyyat haisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib.

Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov “Mercedes” markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə piyada hərəkət edən 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.

Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N. Hüseynova hadisə yerində vəfat edib.

Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.

Qeyd edilib ki, C.Cəfərov keçmiş polis əməkdaşıdır və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək sürücünün 3 il nəqliyyat vasitəsi idarə etməsi də məhdudlaşdırılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt