Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi detalları məlum olub.

Mecra.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Aqil Məmmədov maşında olan 1983-cü il təvəllüdlü sərnişin Elşən İsmayılovun bibisi oğlu imiş.

Belə ki, gecə saatlarında qardaşıgildə baş tutan qonaqlıqdan çıxan Elşən İsmayılov ailə üzvləri ilə birgə Aqil Məmmədovun maşınına əyləşərək Seyidlər kəndindən qonşuluqda yerləşən və yaşadığı Dayıkənd kəndinə yola düşüb. Lakin bir neçə dəqiqə sonra onların olduğu avtomobil kəndin içindəki su kollektoruna düşüb.

Nəticədə E.İsmayılovun 1990-cı il təvəllüdlü həyat yoldaşı Nərmin İsmayılova, onun 2010-cu il təvəllüdlü övladı Rza və 2012-ci ildə doğulmuş oğlu Hüseyn, eləcə də sürücü A.Məmmədov suda boğularaq ölüblər.

Elşən İsmayılov və 2021-ci il təvəllüdlü oğlu Ziya isə sudan sağ çıxarılıb. Onlar xəstəxanaya aparılıb.

Bildirilir ki, E.İsmayılov Salyanda avtobus sürücüsü işləyir.

Onun bibisi oğlu Aqil Məmmədov isə Salyan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fotoda Aqil Məmmədov

Fotoda Rza İsmayılov

Fotoda Hüseyn İsmayılzadə

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt