İmişlidə torpaq üstündə kütləvi DAVA – İcra nümayəndəsi aciz qaldı – VİDEO

XƏBƏR XƏTTİ
Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Qazaxda dəhşətli qəza – 2-si uşaq olmaqla 4 ölü var•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•

İmişli rayonunun Boşcalılar kəndində torpaq məsələsi ilə bağlı sakinlər arasında dava baş verib. Hadisə zamanı gərginlik artaraq fiziki toqquşmaya çevrilib. 

Mecra.az xəbər verir ki, bu barədə kənd sakinləri redaksiyamıza məlumat veriblər.

Kadrlarda bir neçə nəfərin münaqişəyə cəlb olunduğu və aralarında kəskin mübahisənin düşdüyü görünür.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, hadisə rayonun Boşçalılar kəndinin sakinləri arasında baş verib. Hadisə yerində icra nümayəndəsi Mirzəli Əliyev də olub və o, sakinləri sakitləşdirməyə çalışıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər kənd sakinləri arasında torpaq mübahisəsini əks etdirir.

“Tərəflər arasında yaranan insidentlə bağlı polis şöbəsində araşdırma aparılır”, – deyə açıqlamada bildirilib.


 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt