Qubada 3 nəfəri it dişlədi

XƏBƏR XƏTTİ
28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•28 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Hamının heyran olduğu Zəfər Muzeyinin memarı odur – İlk dəfə danışdı – VİDEO•Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir? – FOTO•Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib – FOTOLAR•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•

Ötən gün Qubada 3 nəfəri it dişləyib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya bildirilib ki, yanvarın 7-si müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə 3 nəfər xəsarət alıb.

Rəsmi məlumata görə, xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“2018-ci il təvəllüdlü oğlana sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü qadına burunun kəsilmiş, cırılmış açıq yarası, sağ saidin didilmiş, sıyrılmış yarası, 1959-cu il təvəllüdlü qadına isə sağ əlin 3 və 4-cü barmaqlarının kəsilmiş, cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub.

Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər – 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin gün Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.

1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt