Azərbaycanda seçkiqabağı təşviqat BAŞLADI

XƏBƏR XƏTTİ
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ – İlginc TƏFƏRRÜAT•Həbsdən çıxan Səlim Müslümov müəllimliyə başladı•Azərbaycanda icra başçısı olmayan rayonlar – SİYAHI•Bu evdə üç mindən çox şəhidin siması yaşayır… – FOTOLAR•DYP-dən at arabaları ilə bağlı xəbərdarlıq•Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ – VİDEO•Şagirdinin valideynindən 65 min alıb qaytarmadı – Həbs edildi•

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən, yanvarın 6-dan seçkiqabağı təşviqat başlayır.

Mecra.az xəbər verir ki, təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək. Kampaniya çərçivəsində Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri təşviqat işlərini apara bilərlər.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 min 696 namizəd qeydə alınıb.

Xatırladaq ki, ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt