Qonşu qadının başına vurub xəstəxanalıq etdi

XƏBƏR XƏTTİ
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•ABŞ İranın Qeşm adasına zərbələr endirdi – VİDEO•18 yaşlı müştəri kafe sahibini bıçaqladı•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•ABŞ İranın Qeşm adasına zərbələr endirdi – VİDEO•18 yaşlı müştəri kafe sahibini bıçaqladı•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•

Sumqayıtda qadına ağır xəsarətlər yetirən şəxsə cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 5-i saat 21 radələrində Sumqayıt şəhəri, Xəzər bağları, Dalğa küçəsində baş verib.

Belə ki, həmin küçədə yaşayan Şərifov Mikayıl Nurəddin oğlu qonşuluqda yaşayan Ələkbərova Mehparə İmanqulu qızı ilə mübahisə edib.

Nəticədə M.Şərifov əlində olan dəmir alətlə (kərki) M.Ələkbərovanın baş nahiyəsindən bir neçə zərbə vuraraq ona qapalı kəllə-beyin travması və digər ağır dərəcəli bədən xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

M.Şərifov saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Pİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt