Azərbaycanda kartof yığımı 8%-ə yaxın azaldı

XƏBƏR XƏTTİ
Ronaldudan azarkeşlərini üzəcək AÇIQLAMATənhalıq ömrü 6 il qısaldırmışPaytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLARRonaldudan azarkeşlərini üzəcək AÇIQLAMATənhalıq ömrü 6 il qısaldırmışPaytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 46 min 752.1 hektar sahədən 920 min 241.7 ton kartof yığılıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.6% və ya 75 min 674.7 ton azdır. Belə ki, 2023-ci ilin yanvar-noyabr aylarında 49 min 448.5 hektar sahədən 995 min 916.4 ton məhsul yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox kartof Şəmkir (188 953 ton), Tovuz (164 083 ton), Gedəbəy (105 601.5 ton ) və Cəlilabad (89 920 ton) rayonlarından yığılıb.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ölkədən 20 milyon 478 min ABŞ dolları dəyərində 48 min 259 ton kartof ixrac edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt