Yardımlıda bu bələdiyyələr birləşir – SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.

Mecra.az Yardımlı rayonu üzrə birləşəcək bələdiyyələrin siyahısını təqdim edir:

52.1. Allar, Bürzünbül və Hamarkənd bələdiyyələrinin əhatə etdiyi Abbasabad, Allar, Anzov, Bürzünbül, Hamarkənd, Solqard, Şıxhüseynli və Zəngəran kəndlərində Hamarkənd bələdiyyəsi;

52.2. Arvana, Avaş, Kürəkçi, Pirembel və Şəfəqli bələdiyyələrinin əhatə etdiyi Abasallı, Abdinli, Arvana, Avaş, Cirimbel, Deman, Gərsava, Gilar, Xanbulaq, Kürəkçi, Qaravuldaş, Pirembel, Şəfəqli və Yeni Abdinli kəndlərində Şəfəqli bələdiyyəsi;

52.3. Aşağı Astanlı, Bərcan, Şıxlar və Zevin bələdiyyələrinin əhatə etdiyi Aşağı Astanlı, Bərcan, Çanaqbulaq, Gendərə, Gölyeri, Ləzir, Musa, Şıxlar, Təzəkənd, Yuxarı Astanlı və Zevin kəndlərində Aşağı Astanlı bələdiyyəsi;

52.4. Bozayran, Köryədi, Ostayır və Yardımlı bələdiyyələrinin əhatə etdiyi Yardımlı şəhərində və Bozayran, Dəlləkli, Dəryavar, Köryədi, Qabaqdibi, Mişkireyn, Osnakəran, Ostayır, Vəlixanlı kəndlərində Yardımlı bələdiyyəsi;

52.5. Horavar, Vərgədüz, Vərov və Yolocaq bələdiyyələrinin əhatə etdiyi Bilnə, Əngəvül, Əvçədulan, Horavar, Horonu, Keçələkəran, Separadi, Teşkan, Vərgədüz, Vərov, Yolocaq və Zəngələ kəndlərində Vərgədüz bələdiyyəsi;

52.6. Çay Üzü, Peştəsər, Şiləvəngə və Urakəran bələdiyyələrinin əhatə etdiyi Avun, Avur, Çay Üzü, Dağ Üzü, Fındıqlıqışlaq, Gavran, Qaraqaya, Mamulğan, Nisəqələ, Ökü, Peştəsər, Şiləvəngə və Urakəran kəndlərində Çay Üzü bələdiyyəsi;

52.7. Ərsilə, Honuba, Porsova və Telavar bələdiyyələrinin əhatə etdiyi Eçara, Ərsilə, Gügəvar, Honuba, Honuba Şıxlar, Jiy, Ləzran, Porsova, Şovut, Telavar, Tiləkənd və Zeynələzir kəndlərində Porsova bələdiyyəsi;

52.8. Ərus və Sırıq bələdiyyələrinin əhatə etdiyi Alçabulaq, Ərus, Məlikli, Mirimli, Odurakəran, Sırıq, Şələ və Tahirli kəndlərində Ərus bələdiyyəsi.

Raqil Quliyev

👁 baxış