“Natura”nın içindən görün nə çıxdı – VİDEO

XƏBƏR XƏTTİ
Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•

“Bunu hər gün nə qədər insan içir. Biri izah etsin ki, içində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə iyrəncdir”.

Məcra.az xəbər verir ki, bu sözləri bloqer Əfsanə Fərəczadə sosial şəbəkə hesabında paylaşdığı videoya şərh olaraq yazıb. “Natura” meyvə şirəsi alan xanım onun içməyə yararsız olduğunu deyib. Qadının paylaşdığı videodan görünür ki, şirənin qutusundan kifəbənzər çürüntü çıxır.

Belə ki, bloqer məhsulun üzərindəki yararlılıq müddətinin keçmədiyini vurğulayaraq bildirib ki, öncə qapağı adi formada açıb, amma şirəni stəkana tökmək istəyəndə normadan az süzüldüyünün fərqinə varıb. Qutunu kəsmək qərarına gələn bloqer onun içindəki məhlulla qarşılaşanda təəccüblənib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Agentlikdən müraciətimizə cavab olaraq bildirildi ki, yayılan görüntü Agentlik tərəfindən nəzarətə götürülüb: “Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq və müvafiq tədbir görüləcək. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın “1003” qaynar xəttinə məlumat versinlər” (qafqazinfo.az).

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt