Bakıya yağış, rayonlara qar yağacaq – Sahabın havası

XƏBƏR XƏTTİ
Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb – Rəsmi•Məleykə Abbaszadə BDU-nun rektoru oldu•Prezident onu vəzifəsindən azad etdi – Sərəncam•Tanınmış həkim avtomobili ilə qəza törətdi – Ölən var•Faciəvi qəzada həlak olan ata-qızın fotoları•Hövsanda su təchizatı ilə bağlı qəza – Bərpa vaxtı açıqlandı•Paşinyandan müxalifətə sərt hədə: “Azərbaycanla sülhə mane olursunuz!”•Əməkdar müəllim vəfat etdi – FOTO•

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Məcra.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt