Konstitusiyamız ölkəmizin suverenliyini, müstəqilliyini təsbit edir

Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşdirilmişdir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunmuşdur.

1991-ci ildə Azərbaycan müstəqil dövlətçiliyini yenidən bərpa edə bildi. İlk illərdə dövlətin qeyri-peşəkar siyasətçilər tərəfindən idarə olunması cəmiyyətin bütün sahələrində olduğu kimi, qanunvericilik bazasında da boşluq yaratmışdı. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqın təkidilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində vacib islahatlar həyata keçirildi. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. O dövrə nəzər salarkən baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi.

1994-cü ildə Ulu Öndərin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı, qanunlarımız milli ruhda hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə Azərbaycanın Əsas Qanunu qəbul edildi. Dövlətin fəaliyyətini tənzimləyən belə bir mükəmməl Konstitusiyanın hazırlanması bir həqiqəti də sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu tarixi sənədin mahiyyətini təhlil edərək deyirdi: “Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk, tamamilə sərbəst, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”. 5 bölmə, 12 fəsil və 158 maddə həcmində qəbul edilən Əsas Qanunumuzun əksər hissəsi, daha doğrusu, üçdən biri insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Təkcə bu fakta əsaslanıb Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət olduğunu söyləmək mümkündür. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədilə zəruri hüquqi islahatlar həyata keçirilib. Azərbaycanda həyata keçirilən hüquqi və demokratik islahatlar dövlət və xalq birliyinin möhkəmlənməsinə, müstəqil Azərbaycanın sürətli inkişafına təminat verir.

 

Rüfət Əhmədov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İnformasiya təminatı və təhlil sektorunun müdiri

kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortcasibom girişmatbetcasibom güncel girişcasibom güncelgrandpashabet 2198casibomextrabetistanbul escort bayanHOLİGANBETgalabetjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomÜmraniye escortcasibom yeniMaltepe escortGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişbets10 girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetcasibom girişsekabetmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişsahabetasyabahisasyabahiscasibom girişcasibom 715 girişsahabetKonya escortsahabet girişonwin girişsekabet girişholiganbet güncel girişjojobet girişjojobet girişjojobet girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişmarsbahis güncel girişcasibom girişholiganbet girişjojobet girişkralbet güncel girişdumanbetmatbet girişextrabetimajbet girişmarsbahis girişmatbet girişcasibom girişmeritking girişmatbet girişCasibom güncel girişcasibommeritkingankara escortjackbetcasibombetpasmatadorbetgrandpashabetsahabet girişonwinsekabetonwinholiganbetjojobetMeritkingpusulabet güncel girişmatadorbet girişbetwoonbetwoonmaltcasinoGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorummatbetzbahisgrandpashabet girişcasibomonwinAlsancak Escortbetturkeymatadorbetbetturkey girişcasibomcasibombettilt girişcasibom girişCasibom girişmatadorbetimajbetmarsbahis girişcasibomcasibom girişcasibombetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelercasibom girişcasibom güncel girişcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomkurtköy escortcasibomKonyaaltı Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltcasibomjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobet