“Yalandan məlumat yayıblar ki, guya mən manyakam” – ŞİKAYƏT

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Bir sıra KİV-də Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olması ilə bağlı iddialar yayılıb.

Məcra.az xəbər verir ki, milli.Az-ın redaksiyasına müraciət edən F.D adlı şəxs bildirib ki, onu barəsində yayılan iddialar tamamilə əsassızdır.

“Mənim fotomu paylaşaraq yalandan qeyd ediblər ki, guya mən manyakam, Bakı Qızlar Universitetinin tələbələrini narahat edirəm, onları izləyirəm və s. Bütün bu ittihamlar şər-böhtandır. Bunu Bakı Qızlar Universitetinin 2-ci kurs tələbəsi olan bir qız qəsdən paylaşıb.

Mən universitetin rəhbərliyinə müraciət etmişəm. Bakı Qızlar Universitetinin təsisçisi Ağarəhim Rəhimovla görüşdüm, o da bu məlumatın yalan olduğunu, həmin qızın bu paylaşımı səhvən etdiyini bildirdi. Paylaşımı edən tələbə də məni tanımadığını dedi, paylaşımı isə guya səhvliklə edib.

Mənim şəxsiyyətimə zərər vurub, yalan məlumat yayıb, məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət etmişəm”

Qeyd edək ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt