“Bu, illərlə ürəyimdə qalmışdı…”-51 yaşında tələbə olan qadın

XƏBƏR XƏTTİ
Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•

Bu il tələbə adını qazananlar arasında 51 yaşlı Həqiqət Salahova da var. Şəmkir rayonu Düyərli kənd sakini olan Həqiqət xanım Azərbaycan Kooperasiya Universitetinin Sosial iş ixtisasına qəbul olub.

“Qafqazinfo”ya açıqlama verən 51 yaşlı tələbə bildirib ki, daha öncə təhsil alsa da bu il yenidən tələbə olmaq qərarı verib:

 

 “Məktəbi yaxşı qiymətlərlə oxuyub bitirmişəm. Öncə Bakı Neft – Energetika Kollecində təhsil aldım. Daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Lakin diplom müdafiəsində iştirak edə bilmədim. Buna səbəb isə artıq ailə qurmağım və böyük oğlumun dünyaya gəlməsi idi. Məhz müdafiədə iştirak edə bilmədiyim üçün diplom da ala bilmədim. Bu, illərlə ürəyimdə qalmışdı. Düzdür uzun illər kənddə repetitor kimi fəaliyyət göstərmişəm. Hər iki oğlumun təhsili ilə özüm məşğul olmuşam, onlar da ali təhsil alıblar. Bu il qərar verdim ki, artıq mən də hazırlaşıb sənəd verim. Elə də etdim və qəbul oldum”.

Həqiqət xanım deyir ki, bunun üçün o cəmi bir ay hazırlaşmalı olub: “Gün ərzində ev işlərimi və yanıma gələn şagirdləri yola saldıqdan sonra 4-5 saat vaxt ayıraraq hazırlaşdım. 234,80 bal topladım və istədiyim ixtisasa qəbul oldum. Ailəm və övladlarım məni çox dəstəklədi. Qiyabi təhsili seçmişəm. Həyat yoldaşım, hətta dedi ki, əyani təhsil al. Amma özüm götür-qoy etdim və gördüm ki, belə daha uyğun olar. Ətrafdan qınayanlar çox oldu. Sosial şəbəkədə bu sevincimi bölüşdüm, amma mənfi rəylər aldım. Gənclərə demək istərdim ki, heç biri həvəsdən düşməsin. Əgər bu il alınmadısa, yenidən cəhd etsinlər”.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt