Səfərbərlik Xidmətinin bölmə rəisi qəzaya düşdü – Yaralılar var

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

Daşkəsəndə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusla “Hyundai” markalı minik maşını toqquşub.

Qəza zamanı 10-dan çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda olanlar qızıl mədəninin işçiləridir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, “Hyundai” markalı avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisinə məxsusdur.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanların adları aşağıdakı kimidir:

1967-ci il təvəllüdlü F. Allahverdiyev,

1993-cü il təvəllüdlü S. Məmmədov,

1989-cu il təvəllüdlü S. Kazımov,

1983-cü il təvəllüldü N.Qurbanov,

1985-ci il təvəllüdlü R.Verdiyev,

1985-cu il təvəllüldü A.Məmmədov,

1974-cü il təvəllüdlü V.Əliyev,

1991-ci il təvəllüdlü E.Vəliyev,

1987-ci il təvvəllüdlü R.Əhmədov,

1980-ci il təvəllüdlü K.Nipalıyeva,

1992-ci il təvəllüdlü E.Səddərzadə,

1970-ci il təvəllüdlü A.Səfərov.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt